10:15 - 12.01.2021
12 yanvar, Fineko/abc.az. Türkiyədə yeni koronavirusdan peyvənd prosesi bu həftənin sonunda başlanacaq.
ABC.AZ xəbər verir ki, bunu brifinqdə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"COVID-19-a qarşı peyvənd prosesinə müəyyən edilmiş qaydaya uyğun olaraq cümə axşamı və ya cümə günü başlayacaqlar", - deyə Ərdoğan qeyd edib.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, hakimiyyət ölkədə virusa yoluxma sayının azalması ilə əlaqədar COVID-19-un yayılmasına mübarizə üzrə tədbirlər çərçivəsində tətbiq edilmiş məhdudiyyətləri tədricən yumşaldacaq.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026