16:30 - 11.01.2021
11 yanvar, Fineko/abc.az. Türkiyənin İstanbul şəhərində karantin qaydaları sərtləşdirilir.
ABC.AZ-ın məlumatına görə, İstanbulda yaşı 65-dən yuxarı, 20-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi müvəqqəti qadağan edilir.
Qeyd edilib ki, qadağa yanvarın 15-dən etibarən qüvvəyə minəcək.
Ümumiyyətlə bu yaş qruplarına daxil olanların günün müəyyən saatlarında evdən çıxmalarına icazə verilir.