17:32 - 6.01.2021
6 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycan iqtisadiyyatı 4 faizdən bir qədər çox azalıb.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.
"Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub. İlin sonunda, dekabrın 31-də Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir" deyə İ. Əliyev vurğulayıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026