On bir ayda artan kartlar – Siyahı

11:26 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. 2020-ci ilin 11 ayı ərzində sosial kartların sayı 1 milyon 42 min ədəd, əməkhaqqı kartlarının sayı 180 min ədəd, digər debet kartlarının sayı 377 min ədəd, kredit kartlarının sayı isə 276 min ədəd artıb.

ABC.AZ xəbər verir ki, bu siyahı Mərkəzi Bankın yaydığı hesabatda əksini tapıb.

2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olub.

Müəllif: Elmir Murad