16:47 - 21.02.2018
21 fevral, Fineko/abc.az. Fevralın 23-də Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru.
kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimi keçiriləcək.
Energetika Nazirliyinin məlumatında deyilir ki, təməlqoyma mərasimində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
“Həmin gün Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinə də başlanacaq. Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək”, - məlumatda belə deyilir.
TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb.
29 İyul 2026
27 İyul 2026