Rusiya Mərkəzi Bankı iclas keçirdi – Faiz dərəcəsi stabil saxlandı

16:02 - 18.12.2020


18 dekabr, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı faiz dərəcələrinə dəyişiklik etmək üçün iclas keçirib.

ABC.AZ-ın məlumatına görə, Bank faizini 4,25% səviyyəsində saxlayıb. İqtisadçıların çoxu məhz faizin dəyişməz saxlanacağını gözləyirdilər.

Qeyd edək ki, rublun ucuzlaşmasının inflyasiya təzyiqini artırmasından sonra şimal qonşumuz Mərkəzi Bank faizin azaldılmasını sentyabr ayından dayandırmışdı.