15:32 - 16.12.2020
16 dekabr, Fineko/abc.az. 2020-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 4 milyon 886,2 min nəfərini məşğul əhali təşkil edib. İşsizliyin səviyyəsi 7%, işsizlərin sayı 365.4 min nəfər təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bu il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 685,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,9 min nəfər, qeyri-dövlət sektorunda isə 770,4 min nəfər təşkil etmişdi.