11:30 - 14.12.2020
14 dekabr, Fineko/abc.az. Hadrut bölgəsində vəziyyət son toqquşmalardan sonra normallaşıb. Rusiya hərbçiləri atəşkəsin növbəti dəfə pozulmasının qarşısını alıblar.
ABC.AZ-ın məlumatına görə, bunu Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov deyib.
"Rusiyalı sülhməramlılar vəziyyəti daim izləyir. Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqəni davam etdirirlər”, - deyə R. Muradov qeyd edib.
Qeyd edək ki, noyabrın 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026