17:24 - 9.12.2020
9 dekabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.
ABC.AZ xəbər verir ki, dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və Türkiyənin Bakıda fəaliyyət göstərən diplomatları qarşılayıb. Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun müşayiət edir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026