14:17 - 8.12.2020
8 dekabr, Fineko/abc.az. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoyub.
Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmayıb.
ABC.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instagram hesabında paylaşıb.
"Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaq" deyə M.Əliyeva qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026