11:43 - 4.12.2020
4 dekabr, Fıneko/ abc.az. Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistandakı daxili çəkişmə və siyası gərginlik hər gün dərinləşməkdədir.
ABC.AZ-ın məlumatına görə, Ermənistandakı hakimiyyətdən və siyasi vəziyyətdən narazı olan parlamentin üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək istəyində olduğunu açıqlayıb.
O qeyd edib ki, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.
Müəllif: Elmir Murad
27 İyul 2026
28 İyul 2026