12:39 - 19.02.2018
19 fevral, Fineko/abc.az. “Audi” markasının Azərbaycanda rəsmi təmsilçisi olan “European Cars Ltd” şirkəti aprel ayında Qafqazda premium avtomobillərin ən iri avtosalonunu açacaq.
Şirkətin direktoru Fərid Aslan Fineko/abc.az Agentliyinə bildirib ki, avtosalonun açılışı aprelin 7-nə planlaşdırılıb.
“Həmin günə, “Audi”nin yeni A8 modelinin təqdimatının keçirilməsi planlaşdırılır”, - F.Aslan belə deyib.
Avtosalonun yerləşdiyi yer hələ ki açıqlanmır.