12:32 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 4 260 yeni yoluxma qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, son sutkada virusdan 45 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 387 nəfər həyatını itirib.
Mövcud virusdan müalicə alan pasiyentlərdən 2 947 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 147 636 nəfərə çatıb. Onlardan 124 568 nəfəri isə tam olaraq sağalıb.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026