10:37 - 3.12.2020
3 dekabr, Fineko/abc.az. Türkiyədə əhalinin koronavirus əleyhinə peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd esib ki, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar.
Qeyd edək ki, Türkiyəyə ilk koronavirus peyvəndlərinin dekabrın 11-də gətiriləcəyi gözlənilir.
Peyvəndlər Çin istehsalıdır.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026