15:42 - 2.12.2020
2 dekabr, Fineko/abc.az. Ev şəraitində müalicə olunanlar infeksiya mənbələridir. Təcrid olunmalıdırlar, əks halda ailədaxili yoluxanların sayı artır.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.
O bildirib ki, vətəndaşlar bu xəstəlik haqda hələ də kifayət qədər məlumatlı deyillər: “Bir çox şəxs soyuqlama halı olan kimi dərhal xəstəxanaya müraciət edir. Gedib ağciyərlərini müayinədən keçirir. Müayinə zamanı məlum olur ki ciyərlərində heç nə yoxdur. O zaman həmin şəxs arxayınlaşır".