Rusiya-Türkiyə Mərkəzinin tikintisinə başlanılıb – Hulusi Akar

15:29 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar iclasda deyib.

O qeyd edib ki, çox qısa bir müddətdə dostlarımız orada xidmət göstərəcək. "Türkiyə və Rusiya zabitləri atəşkəsi izləmək və qalıcı hala gətirmək üçün birlikdə çalışacaqlar”, - deyə nazir bildirib.