17:32 - 1.12.2020
1 dekabr, Fineko/abc.az. Kreml və Ankara hökuməti Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz yaradılması barədə razılığa gəlib.
ABC.AZ-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlayıb.
Birgə Mərkəz barədə detalları açıqlayan rus general qeyd edib ki, Mərkəzin şəxsi heyəti iki ölkədən də bərabər həcmdə olacaq: "Rusiya Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma əsasən, atəşkəsə nəzarətlə bağlı Birgə Rusiya-Türkiyə mərkəzinin yerləşdirilməsi və idarə edilməsinə dair razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilat strukturunda Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq”.
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026