16:39 - 1.12.2020
1 dekabr, Fineko/abc.az. Dekabr ayında “Bakı Tekstil Fabriki” MMC 8 milyon tibbi maska istehsal etməyi proqnozlaşdırır.
ABC.AZ-ın məlumatına görə, bunu şirkətin direktoru Səkinə Babayeva deyib.
O qeyd edib ki, hazırda müəssisə gün ərzində 400 min tibbi maska istehsal edir. “Tibbi maskalara tələbat gündən-günə artır.
Müəssisədə istehsal olunan maskaların satış qiyməti 12-17 qəpikdir” deyə S.Babayeva vurğulayıb.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026