11:12 - 30.11.2020
30 noyabr, Fineko/abc.az. Gürcüstanda son sutkada 3 216 yeni yoluxma qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 37 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 267 nəfər həyatını itirib. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 937 nəfər sağalıb.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 135.584 nəfərə çatıb. Onlardan 113.986 nəfəri isə tam olaraq sağalıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026