10:19 - 26.11.2020
26 noyabr, Fineko/abc.az. Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimin xeyrinə olmazdı.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan deyib.
O qeyd edib ki, bu, nə Ermənistanın, nə Dağlıq Qarabağın, nə Fransanın, nə Avropa tərəfdaşlarının, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin maraqlarına uyğun deyil.
Onun sözlərinə görə, bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaş siyasəti deyil.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026