17:16 - 25.11.2020
25 noyabr, Fineko/abc.az. Problemli kreditlər ilin əvvəlinə nisbətən 20,9% az, son 1 ildə isə 27,3% azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin oktyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 6,8% təşkil edib.
Sentyabr ayının sonunda bu nisbət 7,2% idi.
Qeyd edək ki, sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında cəmi kredit qoyuluşları 87 milyon 718 min manat azalıb.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026