16:39 - 25.11.2020
25 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən banklar 2020-ci ilin 10 ayını 478 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 16,5% azalıb.
Belə ki, Azərbaycanın bank sektoru ötən ilin eyni dövründə 572,9 milyon manat xalis mənfəət əldə etmişdi. Bununla yanaşı 2020-ci ilin yanvar-oktyabr aylarında bank sektorunda faiz gəlirləri 1 milyard 592 milyon 100 min manat təşkil edib.
Bu isə ötən ilin eyni dövründəkindən azdır. Ötən ilin 10 ayında bank sektorunun faiz gəlirləri 1 milyard 592 milyon 300 min manat olmuşdu. Qeyri-faiz gəlirləri isə 576 milyon manatdan 538.6 milyon manata geriləyib.
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026