10:37 - 24.11.2020
24 noyabr, Fineko/abc.az. Biz informasiya müharibəsində qələbə qazandıq.
Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi.
ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı deyib.
“Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı” deyə İ. Əliyev vurğulayıb.