Əcnəbilərin Azərbaycandan getməsinin müvəqqəti məhdudlaşdırılması qaydaları dəyişib

16:26 - 23.11.2020


23 noyabr, Fineko/abc.az. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan getməsinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qaydalara dəyişiklik edilib. 

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən Azərbaycanın Mülki Prosessual Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerli vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarına edilən müvafiq dəyişikliklərdə əksini tapıb.

 Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbilər vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini yerinə yetirmədikdə, hesablanmış həmin borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırılacaq.