14:36 - 23.11.2020
23 noyabr, Fineko/abc.az. Ermənistanda itkin düşmüş əsgər anaları etiraz aksiyası keçirir.
ABC.AZ-ın məlumatına görə, valideyinlər Müdafiə Nazirliyinin binasının qarşısında toplaşaraq keçmiş müdafiə naziri David Tonoyanın onlarla görüşməsini və suallara cavab verməsini tələb edirlər. Ermənistan parlamentinin deputatı Andranik Köçəryan etirazçıların qarşısına çıxaraq qaldırılan məsələlərin müzakirə ediləcəyini vəd edib.