Biz tarix yazırıq, yeni tarix – İlham Əliyev

14:40 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.

ABC.AZ xəbər verir ki, bunu Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik".