On ayda büdcəyə daxil olan vəsait açıqlanıb – 515 milyon manatlıq kəsir yaranıb

11:08 - 18.11.2020


18 noyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 20 milyard 207,1 milyon manat vəsait daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən dövrdə büdcədən 20 milyard 722,1 milyon manat vəsait xərclənib. Nəticədə büdcənin icrasında 515 milyon manatlıq kəsir yaranıb.

Müəllif: Elmir Murad