AMB valyuta hərracında banklara $62,3 mln satıb

12:43 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, noyabrın 17-də valyuta hərracında banklara $62,3 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $62,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.