12:00 - 17.11.2020
17 noyabr, Fineko/abc.az. Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın istefası müzakirə olunur.
ABC.AZ-ın məlumatına görə, müxalifət hərbi vəziyyətə son qoyulmasını və Paşinyanın istefasını tələb edir.
Paşinyanın partiyasından olam millət vəkilləri isə buna qarşı çıxır.
Onlar iddia edir ki, hazırda çox vacib proseslər və danışıqlar gedir.
Deputatlar ölkənin ətrafındakı mövqelərin təhlükəli olduğunu, bu səbəblərdən hökumətin istefası və erkən seçki keçirilməsini münasib bilmədiklərini bildiriblər.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026