Akar Türkiyə sülhməramlılarından danışdı – Qarabağda olacağıq

16:07 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib.

ABC.AZ-ın məlumatına görə, H. Akar bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.