15:29 - 11.11.2020
11 noyabr, Fineko/abc.az. Rəcəb Tayyib Ərdoğan Türkiyənin razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq mərkəzdə Rusiya ilə birlikdə yer alacağını vurğulayıb.
ABC.AZ xəbər verir ki, bu sözləri AKP-nin iclasında Türkiyə lideri qeyd edib.
Ərdoğan bu sabah Türkiyə və Rusiyanın atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladıqlarını bildirib: “Atəşkəsi nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqları üzərində yaradılacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”.
3 Avqust 2026
1 Avqust 2026