12:29 - 10.11.2020
10 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 100 mln. manat cəlb edib.
"Noyabrın 10-da AMB banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərracda təklif 413,7 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz 6,01% təşkil edib", - deyə AMB-dən bildiriblər.
Vəsait 13 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026