FED uçot dərəcəsinin faizini dəyişmədi

10:40 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

Qeyd edək ki, FED uçot dərəcəsini iyulun 29-da da 0-0,25 faiz səviyyəsində saxlamışdı.