İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının xüsusi sessiyası olacaq – Qərar

10:14 - 6.11.2020


6 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmişdi və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.

ABC.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən etibarən çağırılıb və xüsusi sessiyanın rəhbər qurumları haqqında müvafiq qərarlar qəbul edilib. Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının “COVID-19”a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb.