AMB valyuta hərracında banklara $63 mln satıb

13:00 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, noyabrın 5-də valyuta hərracında banklara $63 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $63 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.