14:33 - 27.10.2020
27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bank sektorunun yanvar-sentyabr ayları üzrə bir sıra göstəriciləri açıqlanıb.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, hesabat dövründə bank sektorunun öhdəlikləri 2,5% azalaraq 25 milyard 994,6 milyon manata çatıb.
Sözügedən dövrdə, o cümlədən depozit portfeli də 3,4% azalaraq 19 milyard 377,4 milyon manat olub. Bunun 7 milyard 716 milyon manatı fiziki, 11 milyard 661,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026