08:05 - 26.10.2020
26 oktyabr, Fineko/abc.az. Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.
Bu barədə ABC.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir.