İlham Əliyev : Füzulinin daha üç kəndi işğaldan azad edilib
20:34 - 21.10.2020
21 oktyabr, Fineko /abc.az. Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.