Düşmənin daha 3 PUA-sı məhv edildi – Nazirlik

17:18 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

ABC.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, düşmə. PUA-ları Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.