10:24 - 21.10.2020
21 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəf almasına dair son fakt və məlumatları bölüşüb.
ABC.AZ-ın məlumatına görə, Prezidebtin köməkçisi paylaşımında Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir yazıb.
"20 oktyabrda 6 şəhərə 498 mərmi atılıb: Tərtər- 423, Ağdam - 49, Ağcabədi- 24, Goranboy-2 mərmi.
4 raket və 3 dron hücumu olub. Naftalan və Goranboya “Smerç” raketləri atılıb.
Tərtərdə 2 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb”,- deyə Prezidentin köməkçisi qeyd edib.