17:15 - 20.10.2020
20 oktyabr, Fineko/abc.az. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin!.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı bildirib ki, biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik.
Prezident bildirib ki, bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar:
"Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik”.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026