“Azərbaycan Sənaye Bankı”-nın qeyri-faiz gəlirləri kəskin azalıb – Böyük rəqəm

16:54 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az Xəbər verdiyimiz kimi “Azərbaycan Sənaye Bankı” ASC 2020-ci ilin 9 ayının hesabatını açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə Bankın faiz gəlirləri 24 milyon 796 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövründə 20 milyon 437 min manat olmuşdu. Bankın qeyri-faiz gəlirləri isə 8 milyon 368 min manatdan 4 milyon 56 min manata düşüb.

Müəllif: Elmir Murad