10:30 - 20.10.2020
20 oktyabr, Fineko/abc.az. Ermənistan ordusunun 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb.
ABC.AZ xəbər verir ki, bu oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhədəki vəziyyətlə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.
246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.
30 İyul 2026
29 İyul 2026