16:20 - 19.10.2020
19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanın yüksək vəzifəlilər ölkəmizdəki diplomatik korpus nümayəndələri üçün görüş keçirib.
ABC.AZ-ın məlumatına görə, görüşdə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasına baxmayaraq, ondan 1 gün sonra Ermənistan münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutdu.
O bildirib ki, Gəncədə heç bir hərbi hədəf yox idi, sadəcə Ermənistan mülki əhalini atəşə tutur: “Ermənistan cəngəllik qanunları ilə idarə olunur. Gəncədə baş verənlər yaşamaq hüququnun Ermənistan tərəfindən açıq pozuntusu idi. Onlar fikirləşirdilər ki, mülki əhalini hədəfə almaqla Azərbaycan xalqının iradəsini sındıra biləcəklər".
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026