11:48 - 17.10.2020
17 oktyabr, Fineko/abc.az. Ermənistan müharibə cinayətləri törətməkdə, dinc əhalini qətlə yetirməkdə davam edir.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi “Twitter” hesabında bildirib.
“Uşaq-böyük demədən günahsız insanları öldürürlər. Bu vəhşiliyə səssiz qalmaq bu cinayətlərə şərik olmaq deməkdir. İnsan olmağı bacarmayanlar törətdikləri cinayətin hesabını verəcəklər. Can Azərbaycanın daim yanındayıq”, - deyə nazir qeyd edib.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026