16:58 - 16.10.2020
16 oktyabr, Fineko/abc.az. Azərbaycan Ordusunun potensialı məlumdur.
Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil.
Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur.
ABC.AZ xəbər verir ki, bunu “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyovun sualına cavab verərkən Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub.
"Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur" deyə Prezident vurğulayıb.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026