10:24 - 16.10.2020
16 oktyabr, Fineko/abc.az. Dünən Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, oktyabrın 15-də valyuta hərracında banklara $64,7 mln satılıb.
"Valyuta hərracında banklar tərəfindən tələb $64,7 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026