17:15 - 15.10.2020
15 oktyabr, Fineko/abc.az. Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, bizim əməliyyatlarımız davam edir.
"Təxminən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Yaxın vaxtlarda da şad xəbərlər gələcək. Biz əsas əməliyyatları indi şimal və cənub istiqamətlərində aparırıq. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə dövlət başçısı qeyd edib.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026