17:08 - 15.10.2020
15 oktyabr, Fineko/abc.az. Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.
ABC.AZ xəbər verir ki, bu Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Vurğulanıb ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu videolar təxribat xarakteri daşıyır.
Bu videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bir daha xatırladırıq ki, Azərbaycan Ordusu hərbi qanunvericiliyə uyğun olaraq Cenevrə Konvensiyasının tələblərinə riayət edərək hərəkət edir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026