İş adamları bu Fonddan 145 milyon manatadək kredit əldə edib

16:00 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fond tərəfindən 2020-ci il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 mln. manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, ümumilikdə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 mln. manatadək kredit əldə edib.

Həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 19 mln. manatadək nəzərdə tutulub.

Müəllif: Elmir Murad